Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Hazırda oxunan: Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT
624139
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi bəzi media qurumlarında yer alan və Rusiya Federasiyasındakı obyektlərə hücumlar zamanı istifadə olunan pilotsuz uçuş aparatlarının guya Qazaxıstan ərazisindən buraxıla biləcəyinə dair yayılan məlumatları təkzib edib.

Bizim.Media “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici siyasət idarəsi bu iddiaları təxribat adlandırıb:

“Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi məsuliyyətlə bəyan edir ki, qeyd olunan iddialar həqiqətəuyğun deyil və heç bir məlumat və ya faktla təsdiqlənmir”.
 

Nazirlikdən vurğulanıb ki, Qazaxıstan ardıcıl olaraq sülhsevər xarici siyasət yürüdür, beynəlxalq hüquq normalarına ciddi riayət edir və ölkənin ərazisi, hava məkanı, habelə infrastrukturunun digər dövlətlərə qarşı yönələn fəaliyyətlər üçün istifadə oluna bilməyəcəyi prinsipini əsas tutur.


Qazaxıstan XİN media nümayəndələrini yalnız yoxlanılmış faktlara əsaslanmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO