Fransanın "Milli Birlik" (Rassemblement National) partiyasının lideri Marin Le Pen 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Le Monde" nəşri yayıb.
Marin Le Pen bu açıqlamanı Paris Apellyasiya Məhkəməsinin Avropa Parlamentinin vəsaitlərindən qeyri-məqsədli istifadə işi üzrə onun təqsirli olduğu barədə qərarı təsdiqləməsindən bir neçə saat sonra verib.
Le Pen bildirib ki, kassasiya şikayəti vermək məhkəmə qərarının icrasını dayandırır. Bu isə ona elektron qolbaq taxmadan seçki kampaniyasında iştirak etməyə imkan verəcək.
Qeyd edək ki, hazırkı prezident Emmanuel Makron iki müddət dalbadal dövlət başçısı seçildiyi üçün konstitusiyaya əsasən 2027-ci ildə namizədliyini irəli sürə bilməyəcək.
Bizim.Media




































































































