İyulun 7-də Ankarada baş tutan 36-cı NATO Liderlər Zirvəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın ev sahibliyi ilə Beştəpə Prezident Sarayında müttəfiq ölkələrin dövlət və hökumət başçılarının şərəfinə rəsmi ziyafət verilib.
Bizim.Media xəbər verir ki, Türkiyə KİV-də NATO liderləri şərəfinə verilən şam yeməyinin tam menyusu yayılıb.
Qonaqlara təqdim olunan zəngin menyuda aşağıdakı təamlar yer alıb:
Başlanğıclar və ara yeməklər: Trabzon kərə yağı və Hizan karakovan balı ilə müşayiət olunan daş soba pidesi, yanıq Dənizli qatığı ilə hazırlanmış zeytun yağlı tərəvəz sotesi, həmçinin xüsusi hisə verilmiş Ayaş tomat pastası və yanıq Dənizli qatığı ilə servis edilən Kayseri mantısı.
Əsas yemək: Qonaqların seçiminə uyğun olaraq dəniz levreyi və ya zəif odda xüsusi olaraq bişirilmiş dana qabırğası.
Desert: Berqamot, Antep püstəsi köpüyü və Maraş dondurması ilə zənginləşdirilmiş südlü Nuriye paxlavası.

Bizim.Media

- A-
- A
- A+
Dünya
08:53 / 08.07.2026
Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?
Hazırda oxunan: Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?
Hazırda oxunan: Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?
623948
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































