Ərdoğan Yunanıstan Baş nazirini “Mehtər marşı” ilə qarşıladı – VİDEO

Ərdoğan Yunanıstan Baş nazirini “Mehtər marşı” ilə qarşıladı – VİDEO

Hazırda oxunan: Ərdoğan Yunanıstan Baş nazirini “Mehtər marşı” ilə qarşıladı – VİDEO

623947

NATO Sammitində iştirak üçün Ankarada səfərdə olan Yunanıstan Baş naziri Kiriakos Miçotakisin rəsmi qarşılanma mərasimi gündəm olub. 

Bizim.Media xəbər verir ki, yunan lider Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Mehtər marşı ilə qarşılanıb.

Maraqlıdır ki, Yunan baş nazirin Mehtər marşı ilə qarşılanması sosial şəbəkələrdə marağa səbəb olub. Halbuki sammitə gələn NATO liderlərinin hamısı hərbi, o cümlədən Mehtər marşı ilə qarşılanıb.

Qeyd edək ki, Mehtər marşı (və ya Mehtəran marşı) dünyanın ilk hərbi orkestrlərindən biri hesab olunan Osmanlı hərbi musiqi strukturu — Mehtər tərəfindən ifa edilən ənənəvi döyüş musiqisidir. Bu marşlar döyüş meydanında əsgərlərdə vətənpərvərlik ruhunu və rəşadəti yüksəltmək, düşmənə isə psixoloji təsir göstərmək məqsədilə xüsusi ritm və zərb alətlərinin müşayiəti ilə bəstələnmişdir. Günümüzdə həm tarixi bir miras, həm də Türk milli mədəniyyətinin və qəhrəmanlığının mühüm bir simvolu olaraq yaşadılır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO