ABŞ Türkiyənin 2019-cu ildə Rusiyadan hava hücumundan müdafiə sistemləri almasından sonra ona qarşı tətbiq edilən sanksiyaları ləğv edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp bəyan edib.
Amerika lideri əlavə edib ki, "dostlara sanksiya tətbiq etmək" istəməzdi.
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə qarşı CAATSA ("Sanksiyalar vasitəsilə Amerikanın rəqiblərinə qarşı mübarizə haqqında" qanun – red.) çərçivəsində tətbiq olunan sanksiyaları ləğv edəcəyini bildirib.
"Biz dostlara sanksiya tətbiq etmək istəmirik", - deyə o, NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə vurğulayıb.
Xatırladaq ki, ABŞ Türkiyəyə qarşı sanksiyaları 2020-ci ilin dekabrında, Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alındıqdan sonra tətbiq etmişdi. Bu məhdudiyyətlər, o cümlədən Türkiyə Müdafiə Sənayesi Katibliyinə şamil olunmuşdu və bütün Amerika ixrac lisenziyalarının qadağan edilməsini nəzərdə tuturdu.
“F-35” qırıcı proqramına gəlincə, Tramp Ankaraya satışların bərpa olunması imkanını mütləq nəzərdən keçirəcəyini qeyd edib.
O, həmçinin Türkiyəni sadiq tərəfdaş kimi xarakterizə edib və bəyan edib ki, Türkiyə ABŞ-yə bəzi ənənəvi ölkələrdən qat-qat çox kömək edib.
Tramp onu da əlavə edib ki, hazırda Vaşinqton və Ankara arasındakı münasibətlər çox güman ki, hər zamankından daha yaxşıdır.
Bizim.Media




































































































