“İyun ayında Ukrayna qüvvələri təxminən 29 min Rusiya hərbçisini zərərsizləşdirib”.
Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada keçirilən NATO sammitində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu itkilərin hər biri videomateriallarla təsdiqlənib.
Zelenski həmçinin bəyan edib ki, Rusiyada Ukraynanın hücumuna məruz qalmayan iri neft emalı zavodu qalmayıb.
Ukrayna Prezidenti NATO üzvü ölkələrə müraciət edərək belə bir sual ünvanlayıb:
“Doğrudanmı, siz belə müdafiə qabiliyyətinə malik ölkə və xalqın Alyansdan kənarda qalmasının doğru olduğunu hesab edirsiniz?”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:53 / 07.07.2026
Zelenski ötən ay məhv edilən Rusiya hərbçilərinin sayını açıqladı – VİDEO
Hazırda oxunan: Zelenski ötən ay məhv edilən Rusiya hərbçilərinin sayını açıqladı – VİDEO
Hazırda oxunan: Zelenski ötən ay məhv edilən Rusiya hərbçilərinin sayını açıqladı – VİDEO
623831
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































