Tokayevin prezidentlik müddəti yenidən HESABLANACAQ

Tokayevin prezidentlik müddəti yenidən HESABLANACAQ

Hazırda oxunan: Tokayevin prezidentlik müddəti yenidən HESABLANACAQ
623808
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstanın yeni Konstitusiyası ölkənin hazırkı prezidenti Kasım-Jomart Tokayevə yenidən prezidentliyə namizəd olmağa imkan verir.

Bizim.Media xəbər verir ki, Qazaxıstanın Konstitusiya Məhkəməsi bəyan edib ki, 1 iyul 2026-cı ildən sonra prezidentlik vəzifəsinə seçilmə və təyinat şəxs əvvəllər bu vəzifəni tutmuş olsa belə, birinci müddət hesab olunacaq.

Nəticə etibarilə, Qazaxıstanın hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev gələcək seçkilərdə namizəd olmaq hüququna malik olacaq.

"Bir şəxsin 1995-ci il Konstitusiyası qüvvədə olduğu müddətdə göstərilən vəzifələrdən birini tutması özlüyündə Qazaxıstan Respublikası Konstitusiyasının qüvvəyə minməsindən sonra onun seçilməsinə və ya təyin olunmasına maneə yaratmır", - deyə ölkənin əsas qanunu ilə bağlı aydınlaşdırmada bildirilir.

Referendumda seçicilərin 87,15%-i tərəfindən dəstəklənən yeni konstitusiya 1 iyulda qüvvəyə minib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO