Bricitin əli yaman ağır imiş... – Makron yenə eynəyi ilə gündəm oldu – VİDEO

Bricitin əli yaman ağır imiş... – Makron yenə eynəyi ilə gündəm oldu – VİDEO

Hazırda oxunan: Bricitin əli yaman ağır imiş... – Makron yenə eynəyi ilə gündəm oldu – VİDEO
623700
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

17 ildən sonra Suriyaya səfər edən ilk Fransa Prezidenti Emmanuel Makronun Şamda keçirdiyi rəsmi görüşlər zamanı gün eynəyi taxması diqqət mərkəzində olub.

Bizim.Media xəbər verir ki, Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra Suriyanın paytaxtına səfər edən ilk Avropa İttifaqı lideri olan Makron Suriya Prezidenti Əhməd Şara ilə rəsmi görüşlər keçirib.

Lakin səfərin siyasi əhəmiyyətindən çox, Şaranın onun şərəfinə təşkil etdiyi şam yeməyində qeydə alınan görüntülər diqqət çəkib.

Tarixi restoranda keçirilən qəbul zamanı Makronun gün eynəyini bütün görüş boyu çıxarmaması maraq doğurub.

Fransa liderinin bu davranışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu diplomatik etikaya uyğun hesab etməsələr də, digərləri Makronun səhhəti ilə əlaqələndiriblər.
 

Qeyd edək ki, Makron bir müddətdir rəsmi tədbirlərdə xüsusi eynəklərdən istifadə edir. Fransa mətbuatının yazdığına görə, onun gözünün qoruyucu qişasında damarların zədələnməsi nəticəsində yaranan subkonyunktival qanaxma müşahidə olunub.


Sağ yönümlü "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippot isə daha əvvəl sosial şəbəkədə paylaşım edərək Makronun bu görünüşünü şərh edib. O, istehzalı şəkildə bunun Prezidentin həyat yoldaşı Bricit Makronun ona vurduğu növbəti "şillə"nin nəticəsi ola biləcəyini iddia edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO