Norveç Ukraynaya raket tədarükü ilə bağlı ittihamları TƏKZİB ETDİ

Norveç Ukraynaya raket tədarükü ilə bağlı ittihamları TƏKZİB ETDİ

Hazırda oxunan: Norveç Ukraynaya raket tədarükü ilə bağlı ittihamları TƏKZİB ETDİ

623431

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Norveç hava hücumundan müdafiə (HHM) sistemləri üçün 200 raketin maliyyələşdirilməsinə hazır olduğunu ifadə etsə də, onların heç biri vaxtında tədarük edilməyib.

Bizim.Media xəbər verir ki, o, bunu tərəfdaşlarla yaşanan ciddi problem kimi qiymətləndirərək qeyd edib:

"Bir tərəfdən biz əhəmiyyətli dəstək alırıq və buna görə minnətdarıq. Lakin razılaşdığımız işlərin yerinə yetirilməsinə ehtiyacımız var".
 

Bununla belə, Norveç Müdafiə Nazirliyi bu iddiaları rədd edib. Nazirliyin dövlət katibi Andreas Flom bildirib ki, Norveçin raketlərin tədarükü və maliyyələşdirilməsi ilə bağlı öhdəlik götürməsi həqiqəti əks etdirmir.


Norveç NATO-nun "PURL" proqramının ən böyük donorlarından biri olaraq qalır, lakin maliyyələşdirmənin detalları təhlükəsizlik mülahizələrinə görə açıqlanmır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO