Avropa Türkiyədən bunu xahiş etdi: “Göndərməsəniz...”

Avropa Türkiyədən bunu xahiş etdi: “Göndərməsəniz...”

Hazırda oxunan: Avropa Türkiyədən bunu xahiş etdi: “Göndərməsəniz...”

623427

Avropa ölkələrini bürüyən anomal istilər kondisionerlərə olan tələbatın kəskin artmasına səbəb olub.

Bizim.Media xəbər verir ki, "Türkiye Gazetesi"nin məlumatına görə, öz ehtiyatları tükəndiyi üçün Fransa və Almaniya təcili kondisioner tədarükü üçün Türkiyə şirkətlərinə müraciət edib.

"Daikin Turkey" şirkətinin baş direktor müavini Avcı bildirib ki, cari ilin ilk beş ayında ötən ilin eyni dövrü ilə müqayisədə sifarişlərin sayı demək olar ki, iki dəfə artıb.
 

Eyni zamanda, başqa bir şirkət olan "Midea Turkey"in baş direktoru Kuzaltı da Avropa ölkələrindən təcili sorğular aldıqlarını qeyd edib: "Bizə əlinizdə olan bütün ehtiyatları göndərin" deyə müraciət ediblər.


Kuzaltının sözlərinə görə, yaxın vaxtlarda tədarüklərin sayı 100 min vahidə çata bilər. O əlavə edib ki, kondisionerlərlə yanaşı, ventilyatorlara və ventilyasiya qurğularına da yüksək tələbat var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO