Ukrayna Krımın hərbi aerodromuna hava zərbələri endirdi - VİDEO

Ukrayna Krımın hərbi aerodromuna hava zərbələri endirdi - VİDEO

Hazırda oxunan: Ukrayna Krımın hərbi aerodromuna hava zərbələri endirdi - VİDEO
623396
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 5-nə keçən gecə Ukrayna dronları Krımdakı “Qvardeyskoye” aerodromuna hücum edib. Rusiya buradan döyüş uçuşları, logistika və təyyarələrin texniki xidməti üçün istifadə edir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. 

Qeyd edilib ki, bu aerodrom Krımda Rusiyanın əsas hərbi aerodromlarından biridir. Buradan əməliyyat-taktiki və dəniz aviasiyasının yerləşdirilməsi, döyüş uçuşlarının dəstəklənməsi, logistika və təyyarələrin texniki xidməti üçün istifadə olunur.

Hava zərbələrinin miqyası barədə məlumatlar dəqiqləşdirilir.

Bundan əlavə, Ukrayna qüvvələri Donetsk bölgəsində biri Quselnikovo yaxınlığındakı Qruzski Yalançik çayı, digəri isə Staromarievka yaxınlığındakı Kalmius çayı üzərində olan iki körpüyə zərbə endirib.

Eyni zamanda, Donetsk, Luqansk və Xerson bölgələrində Rusiyanın üç sursat anbarı vurulub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO