“Maşa və Ayı” Britaniyada qadağan edilə bilər – Deputatlardan SƏRT TƏLƏB

“Maşa və Ayı” Britaniyada qadağan edilə bilər – Deputatlardan SƏRT TƏLƏB

Hazırda oxunan: “Maşa və Ayı” Britaniyada qadağan edilə bilər – Deputatlardan SƏRT TƏLƏB

623076

Böyük Britaniya İcmalar Palatasının bir qrup deputatı ölkə ərazisində Rusiyanın məşhur "Maşa və Ayı" (Masha and the Bear) cizgi filminin yayımının dayandırılmasını tələb edib.

Bizim.Media xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Parlamentarilər ekran işinin uşaqlar üçün təhlükəli "Rusiya təbliğatının sevimli forması" olduğunu iddia edirlər.

Məlumata görə, hökumətə ünvanlanan rəsmi məktub liberal-demokrat deputat Tom Qordonun (Tom Gordon) rəhbərliyi ilə hazırlanıb və 50-dən çox deputat tərəfindən imzalanıb. Sənəd baxılması üçün Böyük Britaniyanın Mədəniyyət naziri Liza Nendiyə (Lisa Nandy) təqdim olunub.

Britaniyalı deputatların cizgi filminə qadağa tələb etməsinə səbəb bəzi epizodlardakı vizual detallardır.

Məktub müəllifləri 4 yaşlı Maşa personajının sovet hərbi forması, tankçı dəbilqəsi və sərhədçi furajkası geyindiyi səhnələrə diqqət çəkiblər. Deputatlar vurğulayıblar ki, həmin yaşıl sərhədçi papağı tarixən birbaşa sovet repressiya aparatı olan NKVD ilə assosiasiya olunur.

Sənəddə həmçinin qeyd olunur ki, bu cür obrazlar azyaşlı uşaqların şüurunda sovet hərbi ikonoqrafiyasını və rəmzlərini normallaşdırır, fərqinə varmadan rus hərbi narrativlərinə rəğbət oyadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO