Fransada anomal istilər səbəbindən ölənlərin sayı 2000 nəfəri ÖTDÜ

Fransada anomal istilər səbəbindən ölənlərin sayı 2000 nəfəri ÖTDÜ

Hazırda oxunan: Fransada anomal istilər səbəbindən ölənlərin sayı 2000 nəfəri ÖTDÜ
623064
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransada iyunun 22-dən 28-nə qədər davam edən anomal istilər nəticəsində 2 mindən çox insan həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Milli İctimai Səhiyyə Agentliyi ("Santé publique France") rəsmi məlumat yayıb.

Rəsmi hesablama bazasına əsasən, sözügedən həftədə ölkə üzrə 8 973 ölüm faktı qeydə alınıb. Halbuki ondan əvvəlki həftə bu göstərici 6 948 idi. Beləliklə, cəmi 7 gün ərzində 2 025 izafi (əlavə) ölüm baş verib. Ən böyük artım 45 yaşdan yuxarı qrupda (29,7% artım) müşahidə olunub. Ölüm halları həm evlərdə, həm xəstəxanalarda, həm də qocalar evlərində kütləvi şəkildə qeydə alınıb.

Qeyd edək ki, iqlim böhranı Oksitaniya və Overn — Rona — Alp bölgələrindən başqa demək olar ki, bütün Fransanı bürüyüb.

Ən acınacaqlı vəziyyət paytaxtı da əhatə edən İl-de-Frans regionunda yaranıb — burada ölüm halları 62,8% (619 əlavə ölüm) artıb. Həmçinin Pey-de-la-Luar (62% artım) və Normandiya (53,1% artım) regionlarında da vəziyyət ağırdır.

Fransanın Səhiyyə naziri Stefani Rist bildirib ki, bu rəqəmlər hələ son deyil və artacaq. Çünki elektron qeydiyyat ölkədəki ölüm şəhadətnamələrinin cəmi 60%-ni əhatə edir. Dəqiq yekun hesabat 3 həftə sonra açıqlanacaq.

Xatırladaq ki, iyunun sonunda Qərbi Avropanı (Fransa, Almaniya, İspaniya, İtaliya və Böyük Britaniya) bürüyən anomal istilərə görə "qırmızı" təhlükə səviyyəsi elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO