Dünyanın ən güclü 10 pasportu - SİYAHI

Dünyanın ən güclü 10 pasportu - SİYAHI

Hazırda oxunan: Dünyanın ən güclü 10 pasportu - SİYAHI

622788

Dünyanın ən güclü pasportlarına sahib ölkələrin reytinqi açıqlanıb.

Bizim.Media xəbər verir ki, "Global Citizen Solutions" tərəfindən açıqlanan builki "Global Passport Index" (GPI) ) reytinqində ilk onluğun doqquz pilləsini Avropa ölkələri tutub.

Reytinqə əsasən, Avropa qitəsindən kənar yeganə dövlət kimi yalnız Sinqapur ilk onluğa daxil ola bilib və 10-cu pillədə qərarlaşıb. Şanxay Əməkdaşlıq Təşkilatı və ya G7 ölkələri ilə müqayisədə Şengen zonasının 29 dövlətə qədər genişlənməsi Avropa pasportlarına qlobal miqyasda böyük hərəkət üstünlüyü qazandırıb.

Dünyanın ən güclü ilk 5 pasportu

2026-cı il reytinq cədvəlinin liderləri aşağıdakı kimidir:

1. İsveç — İnvestisiya potensialı və yüksək həyat keyfiyyəti sayəsində ardıcıl olaraq üçüncü ildir siyahıya başçılıq edir.

2. İsveçrə — Xüsusilə biznes mühiti və iqtisadi sabitlik kriteriyaları üzrə fərqlənərək ikinci olub.

3. Finlandiya — Qlobal miqyasda həyat keyfiyyəti və sosial rifah üzrə birinci pillədə yer alaraq ümumi reytinqdə üçüncüdür.

4. Almaniya — Güclü iqtisadi və hərəkət indeksi ilə dördüncü yerdədir.

5. Niderland və Danimarka — Eyni xalla beşinci mövqeyi bölüşüblər.

İlk onluğu tamamlayan digər ölkələr isə İrlandiya, Böyük Britaniya, Norveç və Sinqapurdur.

Ekspertlər qeyd edirlər ki, bu indeks pasport sahibinin təkcə hara səyahət edə biləcəyini deyil, həm də həmin sənədin arxasında duran dövlətin vətəndaşına təqdim etdiyi hüquqi, iqtisadi və sosial imtiyazların tam dəyərini göstərir.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO