Suriyada özbək döyüşçü qətlə yetirildi

Suriyada özbək döyüşçü qətlə yetirildi

Hazırda oxunan: Suriyada özbək döyüşçü qətlə yetirildi

621982

Suriyanın İdlib vilayətində naməlum şəxslər hərəkətdə olan avtomobildən atəş açaraq əslən Özbəkistandan olan döyüşçünü qətlə yetiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) yayıb.

Məlumata görə, öldürülən şəxs əvvəllər "Heyət Təhrir əş-Şam" (HTS) qruplaşması ilə əlaqəli olan "Qırmızı briqadalar" hərbi qanadının tərkibində döyüşüb.
 

Hadisədən dərhal sonra yerli təhlükəsizlik qüvvələri həyəcan siqnalı ilə ayağa qaldırılıb. Ərazidə genişmiqyaslı axtarış əməliyyatına başlanılıb və hücum edənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətdə istintaq aparılır.


Ekspertlər qeyd edirlər ki, bu hadisə son aylarda İdlib regionunda yerli idarəetmə orqanları ilə Mərkəzi Asiyadan gələn xarici silahlı qruplaşmalar arasında münasibətlərin gərginləşdiyi bir dövrə təsadüf edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO