Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Hazırda oxunan: Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

621933

Qəzza zolağında İsrail Müdafiə Ordusunun (SAXAL) keçirdiyi əməliyyat zamanı HƏMAS-ın hərbi qanadında "Nuhba" bölməsinin komandir müavini vəzifəsini tutan Valid Haniyə məhv edilib.

Bizim.Media xəbər verir ki, İsrail ordusunun məlumatına görə, məhv edilən şəxs hərəkatın siyasi bürosunun mərhum lideri İsmayıl Haniyənin qardaşı oğlu olub.
 

İsrail ordusunun mətbuat xidmətinin rəsmi bəyanatına əsasən, Valid Haniyə 7 oktyabrda İsrailə edilən hücumda birbaşa iştirak edib və sərhədi yaran dəstəyə rəhbərlik edib. Bundan əlavə, o, yaraqlıların hazırlanması və təşkilata yeni üzvlərin cəlb edilməsi ilə məşğul olub.


Xatırladaq ki, İsmayıl Haniyə 31 iyul 2024-cü ildə Tehranda raket zərbəsi nəticəsində həlak olub. İsrailin bu hücumu həmin ilin dekabrında müdafiə naziri İsrael Kats tərəfindən rəsmən təsdiqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO