Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Hazırda oxunan: Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

621641

Şimali Atlantika Alyansının (NATO) Baş katibi Mark Rütte bəyan edib ki, Rusiya alyans üçün cari və uzunmüddətli təhdid olaraq qalmaqdadır. 

Bizim.Media xəbər verir ki, o, bu barədə Haaqada keçirilən NATO sammitinin rəsmi hissəsi başa çatdıqdan sonra təşkil olunan mətbuat konfransında bildirib.

Baş katibin sözlərinə görə, Moskva öz büdcəsinin 40%-dən çoxunu müdafiə sahəsinə yatırır, həmçinin silahlı qüvvələrini elə bir sürətlə gücləndirir və bərpa edir ki, üç, beş və ya yeddi ildən sonra NATO-ya hücum etməyə hazır ola bilər.

Rütte qeyd edib ki, alyans liderləri müdafiəyə investisiyalar üzrə Haaqa planını razılaşdırıblar və bu plan çərçivəsində müttəfiqlər ÜDM-nin 5%-ni müdafiə ehtiyaclarına yönəltmək barədə razılığa gəliblər.

"Rusiyanın bütün avroatlantik regionu üçün yaratdığı uzunmüddətli təhdid səbəbindən bu, həqiqətən də zəruridir", - deyə baş katib bəyan edib.

Qeyd edək ki, iyunun 24-25-də Haaqada NATO sammiti keçirilib. Alyans ölkələri 2035-ci ilə qədər təşkilata hər il ÜDM-nin 5%-i həcmində investisiya qoymaq barədə qərar qəbul ediblər ki, bunun da 3,5%-i birbaşa hərbi maliyyələşdirməyə, 1,5%-i isə köməkçi ehtiyaclara yönəldiləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO