Polşanın Böyük Polşa (Velikopolsk) əyalətində Bialoslivye qminasından iki sərnişin qatarının toqquşması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə "Polsat News" telekanalı xəbər verir.
Qəza ilə bağlı xilasetmə xidmətlərinə siqnal yerli vaxtla saat 18:00-dan qısa müddət sonra daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin Poznan şəhərindəki komendantlığın nümayəndəsi Martin Xalaşın sözlərinə görə, uzaq məsafəli "PKP Intercity" qatarı ilə regional "Polregio" qatarı toqquşub. Hadisə nəticəsində qatarlar qismən relsdən çıxıb.
İlkin məlumatlara görə, iki nəfər xəsarət alıb. Hazırda ölənlər barədə məlumat yoxdur.
"PKP Polskie Linie Kolejowe" şirkətindən verilən məlumata görə, Bialoslivye stansiyasında "Polregio" daşıyıcısına məxsus Pila - Bıdqoş marşrutu ilə hərəkət edən qatarla "Intercity" şirkətinin Beloqard - Varşava reysini yerinə yetirən qatarı toqquşub.
Qəzanın nəticələrinin aradan qaldırılmasına yanğından mühafizə xidmətinin çoxsaylı bölmələri, həmçinin dəmir yolunun texniki xidmətləri cəlb olunub. Hər iki qatarda olan sərnişinlərin dəqiq sayı müəyyənləşdirilir.
Dəmir yolu şirkətinin məlumatına görə, toqquşma nəticəsində "Intercity" qatarının üç vaqonu, "Polregio" qatarının isə bir vaqonu relsdən çıxıb.
Həmçinin dəmir yolu infrastrukturu, o cümlədən yoldəyişdirici oxlar zədələnib. Qeyd olunub ki, Pila — Bıdqoş xəttində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:24 / 25.06.2026
Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO
Hazırda oxunan: Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO
Hazırda oxunan: Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO
621621
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































