Pezeşkian: “İran islam ölkələrinə dostluq əlini uzadır”

Pezeşkian: “İran islam ölkələrinə dostluq əlini uzadır”

Hazırda oxunan: Pezeşkian: “İran islam ölkələrinə dostluq əlini uzadır”

621130

İran Prezidenti Məsud Pezeşkian iyunun 23-də Pakistana rəsmi səfər edib.

Bizim.Media xəbər verir ki, "Tehran Times" qəzetinin məlumatına görə, o, Qərbi Asiyada sülhün yalnız regional formula sayəsində əldə oluna biləcəyini bəyan edib.
 

"İran regionda ortaq anlaşma formalaşdırmaq və yeni təhlükəsizlik arxitekturası yaratmaq üçün Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Misir və Türkiyə də daxil olmaqla, bütün islam ölkələrinə dostluq əlini uzadır. Mövcud çağırışlar qarşısında islam ümmətinin birliyi həlledici əhəmiyyət kəsb edir", – deyə Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşündə bildirib.


İran Prezidenti vurğulayıb ki, liderlərin siyasi iradəsi və hər iki ölkənin dəstəyi ikitərəfli münasibətləri iki böyük müsəlman dövlətinə layiq olan səviyyəyə qaldıra bilər.

O, həmçinin qeyd edib ki, son hadisələr ticari-iqtisadi əlaqələrin gücləndirilməsində ciddi qətiyyətin olduğunu nümayiş etdirib. Onun sözlərinə görə, səfər çərçivəsində müvafiq nazirlər texniki maneələrin aradan qaldırılması və əvvəllər əldə olunmuş razılaşmaların icrası istiqamətində effektiv və konstruktiv danışıqlar aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO