Şahbaz Şərif ABŞ-İran arasındakı razılaşmada bir detala TOXUNDU

Şahbaz Şərif ABŞ-İran arasındakı razılaşmada bir detala TOXUNDU

Hazırda oxunan: Şahbaz Şərif ABŞ-İran arasındakı razılaşmada bir detala TOXUNDU

621122

ABŞ və İran arasındakı qarşılıqlı anlaşma memorandumunda İranın raket proqramının ixtisarı məsələsi yer almayıb.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif bəyan edib.
 

"Qarşılıqlı anlaşma memorandumunda ballistik raketlərin adı çəkilmir. Bu məsələ heç vaxt müzakirə olunmayıb, heç vaxt gündəlikdə durmayıb və İran tərəfi bunu müzakirə etmək istəməyib", – deyə Şərif İslamabadda İran Prezidenti Məsud Pezeşkian ilə apardığı danışıqların yekunlarına dair çıxışında bildirib.


Qeyd edək ki, iyunun 22-də ABŞ-nin vitse-prezidenti Cey Di Vens bəyan edib ki, Vaşinqton və Tehran İsveçrədə münaqişənin başa çatdırılmasına dair yekun sazişin razılaşdırılması üçün möhkəm zəmin yaradıblar.

Xatırladaq ki, iyunun 18-nə keçən gecə ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını təsbit etməli və danışıqların yeni mərhələsinə start verməli olan müvəqqəti qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO