Tramp: "ABŞ İranın dəniz blokadasını ləğv etdi"

Tramp: "ABŞ İranın dəniz blokadasını ləğv etdi"

Hazırda oxunan: Tramp: "ABŞ İranın dəniz blokadasını ləğv etdi"
621077
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ İrana qarşı tətbiq etdiyi dəniz blokadasını rəsmi Tehranın nüvə məsələsində verdiyi güzəştlər müqabilində ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünə məxsus "Truth Social" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Ağ Ev rəhbəri bildirib ki, ehtiyac yaranacağı təqdirdə blokada yenidən bərpa oluna bilər, lakin hazırda bu, real görünmür:

"İran tərəfindən edilən bu və digər mühüm güzəştlər əsasında mən Hörmüz boğazını bundan sonra heç bir hərbi-dəniz blokadası olmadan açıq saxlamağa razılıq verdim. Bununla belə, blokadanın yenidən bərpası zərurəti yaranacağı təqdirdə bütün gəmilərimiz öz mövqelərində qalmaqdadır. Hərçənd ki, hazırki məqamda bu addımın atılması son dərəcə az ehtimal olunur", – deyə ABŞ lideri qeyd edib.

Vaşinqtonun bu qərarı son dövrlər regionda və xüsusilə Hörmüz boğazında yaşanan kəskin hərbi gərginliyin qismən azalmasına yönəlmiş mühüm addım kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO