Özbəkistan Xəzər dənizində öz ticarət donanmasını yaradacaq

Özbəkistan Xəzər dənizində öz ticarət donanmasını yaradacaq

Hazırda oxunan: Özbəkistan Xəzər dənizində öz ticarət donanmasını yaradacaq

621063

Özbəkistan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) ötürücülük imkanlarını genişləndirmək məqsədilə yeni strateji addım atmağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, rəsmi Daşkənd ölkənin xarici ticarət daşımalarının müstəqilliyini təmin etmək üçün Xəzər dənizində şəxsi gəmilərin alınması və icarəyə götürülməsini nəzərdən keçirir.
 

Özbəkistanın nəqliyyat nazirinin müavini Jasurbek Çoriyev qeyd edib ki, Orta Dəhlizin inkişafı üçün infrastrukturda mövcud olan "dar boğazların" (baxımsız və sıxlıq yaradan sahələrin) aradan qaldırılması mütləqdir.


Nazir müavininin sözlərinə görə, bu prosesdə hazırda tikintisi davam edən Çin – Qırğızıstan – Özbəkistan dəmir yolu xətti də mühüm və xüsusi rol oynayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO