İsveçrədə danışıqlar günortadan sonra başlayır

İsveçrədə danışıqlar günortadan sonra başlayır

Hazırda oxunan: İsveçrədə danışıqlar günortadan sonra başlayır
620573
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran-ABŞ danışıqları İsveçrənin Bürgenştok şəhərində başlayır.

Bizim.Media xəbər verir ki, İran Xarici İşlər Nazirliyi bildirib ki, Bürgenştokdə İran, ABŞ, Qətər və Pakistan nümayəndə heyətləri arasında keçiriləcək görüş bu gün günortadan sonra baş tutacaq.

Nazirliyin sözçüsü İsmayıl Bəqayi tərəflərin artıq İsveçrəyə çatdığını və diplomatik prosesin növbəti mərhələsinin başladığını açıqlayıb.
 

İsveçrə Xarici İşlər Nazirliyi də danışıqlarda iştirak edəcək nümayəndə heyətlərinin ölkəyə gəlişini təsdiqləyərək prosesi alqışladığını bildirib. Məlumata görə, görüşlərdə ABŞ-İran anlaşma memorandumunun icra mexanizmi, Livanda atəşkəsin gedişi, İran neftinə tətbiq olunan güzəştlər və dondurulmuş aktivlərin azad edilməsi kimi məsələlər müzakirə olunacaq.


ABŞ nümayəndə heyətinə ABŞ Vitse-prezidenti Ceyms Devid Vens, İran tərəfinə isə parlament sədri Məhəmməd Baqer Qalibaf rəhbərlik edir.

Danışıqlarda həmçinin Pakistanın Baş naziri Şahbaz Şərif və Pakistan ordusunun Baş Qərargah rəisi Asim Munir də iştirak edir.

Eyni zamanda, İran tərəfi Livanda atəşkəsin icrasının zəifliyini gündəmə gətirərək bu məsələnin danışıqların əsas mövzularından biri olacağını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO