İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzi bölgəsindəki bütün gəmilərə Hörmüz boğazına yaxınlaşmamaq barədə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun "Telegram" kanalındakı bəyanatında deyilir.
"Hörmüz boğazının qapalı olduğu və gəmilərin boğaza yaxınlaşmamalı olduğu vurğulanır. Əks təqdirdə, onların təhlükəsizliyi risk altında olacaq", — deyə SEPAH-dan bildirilib.
Qeyd edək ki, ötən gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai Hörmüz boğazının bağlanması ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bəyan etmişdi.
Qeyd edək ki, iyunun 18-də ABŞ və İran hərbi əməliyyatların 60 gün müddətinə dayandırılmasını, Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinin bərpasını, ABŞ tərəfindən İran limanlarının dəniz blokadasının qaldırılmasını və danışıqların yeni mərhələsinə başlanılmasını nəzərdə tutan müvəqqəti anlaşma memorandumunun imzalandığını bəyan etmişdilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:48 / 20.06.2026
SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ
Hazırda oxunan: SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ
Hazırda oxunan: SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ
620474
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































