Britaniyada siyasi gərginlik: 100-dən çox deputat Kir Starmerin istifasını tələb edir

Britaniyada siyasi gərginlik: 100-dən çox deputat Kir Starmerin istifasını tələb edir

Hazırda oxunan: Britaniyada siyasi gərginlik: 100-dən çox deputat Kir Starmerin istifasını tələb edir

620459

100-dən çox britaniyalı deputat Kir Starmerin istefaya getməsini tələb edib.

Bizim.Media xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Leyboristlər Partiyasının 104 nümayəndəsi, onun əsas rəqibi - Mançester şəhərinin meri Endi Bernhemin Meykerfilddəki təkrar seçkilərdə qazandığı böyük qələbədən sonra Baş nazirdən vəzifədən gedəcəyi müddəti açıqlamasını tələb edib. Əvvəllər Starmerə sadiq olan deputat Fabian Hamilton da bu çağırışlara qoşulub.

"Yaxın günlərdə və həftələrdə Baş nazir vəzifədən getmək planlarını açıqlamalı və yolu Endi Bernhemə verməlidir", - deyə Hamilton sosial şəbəkələrdə vurğulayıb.

Qeyd edək ki,bu ilin may ayında Britaniya mediasında Kir Starmerin Baş nazir postunu könüllü olaraq tərk etmək planları barədə məlumatlar yayılmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO