Müharibəyə görə Ukraynanı tərk edənlərin sayı AÇIQLANDI

Müharibəyə görə Ukraynanı tərk edənlərin sayı AÇIQLANDI

Hazırda oxunan: Müharibəyə görə Ukraynanı tərk edənlərin sayı AÇIQLANDI

620416

Rusiya ilə müharibə səbəbindən 5,7 milyon Ukrayna vətəndaşı ölkəni tərk etmək məcburiyyətində qalıb.

Bizim.Media xəbər verir ki, Ali Radanın İnsan Hüquqları üzrə komissarı Dmitri Lubinets “Telegram” paylaşımında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının bu rəqəmlərinə istinad edib.
 

“İyunun 20-si Ümumdünya Qaçqınlar Günüdür. Bu, Ukrayna üçün xüsusi əhəmiyyət kəsb edir, çünki qaçqın həyatı milyonlarla vətəndaşımız üçün reallığa çevrilib. Bu, milyonlarla insanın həyatını “əvvəl” və “sonra”ya bölən bir təcrübədir. Bu, yaxınlarınız arasında minlərlə kilometr məsafə, gündəlik hal-əhval soruşulan telefon zəngləri və Ukraynanı qəlbimizdə saxlayaraq mübarizəyə davam etmək üçün böyük güc deməkdir”, - deyə Lubinets bildirib.


Komissar ən çətin vaxtlarında ukraynalılara qapılarını açan hər bir dövlətə, xalqa və fərdə təşəkkür edib:

“Siz onların təhlükəsizlik və insan ləyaqətini bərpa etdiniz. Biz dəqiq bilirik: qayıdacağıq, yenidən quracağıq, hər kəsi qucaqlayacağıq. Harada olsaq da, evimiz həmişə Ukraynanın olduğu yerdədir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO