Ukraynaya MİLYARDLIQ YARDIM – Rusiyanın pulları hesabına DRON ALACAQLAR

Ukraynaya MİLYARDLIQ YARDIM – Rusiyanın pulları hesabına DRON ALACAQLAR

Hazırda oxunan: Ukraynaya MİLYARDLIQ YARDIM – Rusiyanın pulları hesabına DRON ALACAQLAR
620413
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Britaniya Ukraynaya 996 milyon dollar (752 milyon funt-sterlinq) dəyərində yeni hərbi yardım paketi çərçivəsində 2026-cı ilin sonuna qədər 150 000 ədəd pilotsuz uçuş aparatı (PUA) tədarük edəcək.

Bizim.Media “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Krallığın Müdafiə naziri Den Cervis Brüsseldə keçirilən Ukraynanın müdafiəsi üzrə Kontakt Qrupunun ("Ramştayn" formatı) iclasında bəyanat verib.
 

Bildirilib ki, bu irihəcmli paket çərçivəsində Ukraynaya təkcə dronlar deyil, həmçinin 350 ədəd zenit raketi və yerüstü radiolokasiya (radar) sistemləri də göndəriləcək. Diqqətçəkən məqamlardan biri odur ki, qeyd olunan dronların əhəmiyyətli hissəsi Ukrayna istehsalı olan PUA-lardan ibarət olacaq.


Maliyyələşmə mexanizminə gəlincə, bu yardım paketi Böyük Britaniyanın Ukraynaya ayırdığı 2,26 milyard funt-sterlinqlik kredit hesabına təmin edilir. Sözügedən kredit isə birbaşa Rusiyanın dondurulmuş suveren aktivlərindən əldə edilən gəlirlərlə (G7-nin ERA təşəbbüsü çərçivəsində) sığortalanıb.

Nazir Cervis bu addımın Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək və Rusiyanın təcavüzünə qarşı müqavimətini artırmaq məqsədi daşıdığını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO