Belarus Ukraynaya NOTA VERDİ

Belarus Ukraynaya NOTA VERDİ

Hazırda oxunan: Belarus Ukraynaya NOTA VERDİ

620056

Belarus Xarici İşlər Nazirliyi Ukraynanın bu ölkədəki müvəqqəti işlər vəkilini çağıraraq ona rəsmi etiraz notası təqdim edib.

Bizim.Media xəbər verir ki, sərt diplomatik reaksiyaya səbəb Rusiyanın Bryansk vilayətində Belarusun uşaq futbol komandasını daşıyan avtobusa hücum edilməsi olub.
 

Bundan əvvəl Belarus İstintaq Komitəsi faktla bağlı "Terror aktı" maddəsi ilə rəsmi cinayət işi açıb. Belarus hüquq-mühafizə orqanları rusiyalı həmkarları ilə birlikdə hücumun bütün təfərrüatlarını, eləcə də bu qərarı verən və icra edən şəxslərin kimliyini müəyyənləşdirir.


Xatırladaq ki, hadisə Bryansk vilayəti ərazisində qeydə alınıb. Avtobus Qomel şəhərindən olan uşaq futbol komandasını yay tətilinə – Qelenjik şəhərinə aparırmış. Hücum nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO