İsrail HAMAS-ın daha bir komandirini öldürdüyünü açıqladı

İsrail HAMAS-ın daha bir komandirini öldürdüyünü açıqladı

Hazırda oxunan: İsrail HAMAS-ın daha bir komandirini öldürdüyünü açıqladı

619940

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının mərkəzi hissəsində HƏMAS-ın snayper bölməsinin komandirinin və yaraqlısının öldürüldüyünü bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.

İsrail tərəfinin iddiasına görə, öldürülən şəxslər 7 oktyabr 2023-cü ildə İsrail ərazisinə edilən hücumda iştirak ediblər.
 

"İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzi hissəsinə endirdiyi dəqiq zərbə ilə HƏMAS-ın hərbi qanadının snayper bölməsinin komandirini və daha bir HƏMAS terrorçusunu öldürüb.


Onlar Qəzza zolağında fəaliyyət göstərən İsrail ordusu qoşunları üçün birbaşa təhlükə yaradırdı", - bəyanatda bildirilib.

Ölənlərin adları qeyd edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO