İran artıq ABŞ-dən qorxmur və nüvə danışıqlarına qayıdır - "WSJ"

İran artıq ABŞ-dən qorxmur və nüvə danışıqlarına qayıdır - "WSJ"

Hazırda oxunan: İran artıq ABŞ-dən qorxmur və nüvə danışıqlarına qayıdır - "WSJ"

619817

İran rəhbərliyi nüvə proqramı ilə bağlı danışıqlara qayıtmağa hazırlaşır, lakin artıq rəsmi Tehran son dövrlər "yaşadığı sınaqlardan" sonra Amerika Birləşmiş Ştatlarının addımlarından daha az ehtiyat edir.

Bizim.Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Nəşr yazır ki, ABŞ tərəfindən həyata keçirilən üç aydan çox davam edən bombardman və blokadalardan sonra tərəflər yenidən ilkin nöqtəyə qayıdıblar. Lakin bu dəfə iranlılar danışıqlar masasına amerikalıların onlara qarşı edə biləcəyi ən pis ssenarilərdən belə sağ çıxdıqlarını bilərək əminliklə əyləşəcəklər.

Tramp və Netanyahunun gözləntiləri boşa çıxdı

ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahunun bombardmanlardan sonra Tehrandan ciddi güzəştlər gözləməsinə baxmayaraq, bu baş vermədi. Əksinə, İran hakimiyyəti öz mövqelərini möhkəmləndirdi və Hörmüz boğazına nəzarəti ələ keçirməklə yeni bir təsir rıçaqı qazandı.

İsrailin Rayxman Universitetinin İran üzrə eksperti Meir Cavedanfar məsələni belə şərh edib:

"İran bu müharibədən eyforiya hissi ilə çıxır. Onlar Hörmüz boğazına nəzarət edirlər və hərbi baxımdan heç kim onları geri çəkilməyə məcbur edə bilmədi".

Müəllifin fikrincə, bu müharibə "Amerika hərbi gücünün sərhədlərini ifşa etdi" və Vaşinqtonun gələcək nüvə danışıqlarında Tehrandan güzəşt qoparmaq imkanlarını sarsıtdı.

"Gulf International Forum" analitik mərkəzinin direktoru Daniya Tafer bildirib ki, tərəflər müharibədən əvvəlki mərhələyə qayıtsalar da, ABŞ artıq təzyiq vasitələrini itirib:

"Pandora qutusu artıq açılıb, hər şey sınaqdan keçirilib və İran hesab edir ki, artıq itirəcək və ya qorxacaq bir şeyi yoxdur. İranın nöqteyi-nəzərindən ən pisi artıq baş verib və onlar bundan sağ çıxıblar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO