Aİ-də SİYASİ BÖHRAN - Kallas və fon der Lyayen arasında nə BAŞ VERİR?

Aİ-də SİYASİ BÖHRAN - Kallas və fon der Lyayen arasında nə BAŞ VERİR?

Hazırda oxunan: Aİ-də SİYASİ BÖHRAN - Kallas və fon der Lyayen arasında nə BAŞ VERİR?

619795

Avropa İttifaqında (Aİ) Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin ünvanına tənqidlər kəskinləşir.

Bizim.Media xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" qəzeti diplomatik dairələrdəki mənbələrinə istinadən məlumat yayıb.
 

Nəşr qeyd edir ki, bəzi diplomatlar Kallas və fon der Lyayen arasındakı rəqabəti məşhur "Taxtların oyunu" serialı ilə müqayisə edirlər. Brüsseldə Aİ-nin xarici siyasət kursunun idarə edilməsi uğrunda ciddi mübarizə alovlanıb.


Aİ-də Kaya Kallasın işindən narazılıq artmaqdadır. O, diqqətini yalnız Ukrayna münaqişəsinə yönəltməkdə və Yaxın Şərqdəki vəziyyətə kifayət qədər vaxt ayırmamaqda ittiham olunur.

Avropa Komissiyasının sədri də tənqidlərdən kənarda qalmayıb. Bir çoxları Ursula fon der Lyayeni Aİ-nin xarici siyasətinə təsirini davamlı və dayandırmadan genişləndirməyə çalışmaqda günahlandırır.

"Euronews"un məlumatına görə, Aİ-nin diplomatik aparatında islahatların aparılması və Kallasın səlahiyyətlərinin mümkün məhdudlaşdırılmasının arxasında fon der Lyayenin dayandığı ehtimal edilir.

Avropa Komissiyasının rəhbəri öz səlahiyyətlərini aşaraq tez-tez xarici siyasət məsələlərinə dair bəyanatlar verir ki, bu da Kallasın mövqelərini zəiflədir və tərəflər arasında gərginliyi artırır.

"Financial Times" qəzeti isə hələ iyunun 11-də Paris, Berlin və digər Avropa paytaxtlarının Kallasın xarici siyasət idarəsindəki roluna yenidən baxmaq variantlarını müzakirə etdiyini və onun avrodiplomatiya rəhbəri kimi bəzi səlahiyyətlərindən məhrum edilə biləcəyini yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO