Tramp ABŞ və İran arasında sazişin imzalandığını TƏSDİQLƏDİ

Tramp ABŞ və İran arasında sazişin imzalandığını TƏSDİQLƏDİ

Hazırda oxunan: Tramp ABŞ və İran arasında sazişin imzalandığını TƏSDİQLƏDİ

619472

ABŞ və İran hərbi əməliyyatların başa çatdırılması barədə razılaşma imzalayıblar.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

Daha əvvəl "Reuters" agentliyi ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun elektron formatda imzalandığını yazmışdı. Sənədə Donald Tramp, ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens və İran Məclisinin sədri Məhəmməd-Baqer Qalibaf imza atıblar.
 

Ağ Evin rəhbəri iyunun 19-da Hörmüz boğazının tam açılacağını, məhz həmin gün İsveçrədə sülh sazişinin rəsmi imzalama mərasimi keçiriləcəyini bildirib. ABŞ lideri hazırda boğazın qismən açıq olduğunu əlavə edib.


Tramp həmçinin qeyd edib ki, mərasimdə ABŞ-nin vitse-prezidenti iştirak edəcək. Ağ Ev rəhbəri özünün tədbirə qatılıb-qatılmayacağını hələ dəqiq bilmir, lakin mərasimdə iştirakını istisna etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO