Yekun sülh sazişi ilə bağlı İrandan İLK AÇIQLAMA

Yekun sülh sazişi ilə bağlı İrandan İLK AÇIQLAMA

Hazırda oxunan: Yekun sülh sazişi ilə bağlı İrandan İLK AÇIQLAMA

619352

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ ilə əldə olunan anlaşma memorandumu ilə bağlı açıqlama verərək sənədin Tehran tərəfindən təsdiqləndiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Alalam” nəşri məlumat yayıb.

Onun sözlərinə görə, bu gündən etibarən Livan da daxil olmaqla bütün cəbhələrdə dərhal atəşkəs elan olunur. Qəribabadi həmçinin bildirib ki, razılaşmaya əsasən ABŞ İrana qarşı tətbiq etdiyi blokada tədbirlərini dayandıracaq.

İran rəsmisi vurğulayıb ki, əldə edilən memorandum təkcə diplomatik danışıqların deyil, həm də İranın hərbi və siyasi mövqeyinin nəticəsidir.
 

O bildirib ki, memorandumun tam mətni rəsmi imza mərasimindən sonra ictimaiyyətə açıqlanacaq.


Qəribabadi əlavə edib ki, sənəd qarşılıqlı etimad əsasında deyil, inamsızlıq şəraitində hazırlanıb və İran ABŞ-nin üzərinə götürdüyü öhdəliklərin icrasına ciddi nəzarət edəcək. Qeyd edək ki, ABŞ və İran arasında uzun müddətdir davam edən danışıqlardan sonra razılaşma əldə olunub. Yekun saziş iyunun 19-da İsveçrədə imzalanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO