Böyük Britaniya, Almaniya, İtaliya və Fransa İranla ABŞ arasında əldə edilən razılaşmanı alqışlayıblar.
Bizim.Media AFP agentliyinə istinadla xəbər verir ki, bu barədə dörd ölkə liderinin birgə bəyanatında bildirilib.
Sənəddə qeyd olunur ki, "Dördlük qrupu" ölkələri Tehranın nüvə proqramı ilə bağlı aydın və təsdiqlənə bilən öhdəliklərini yerinə yetirməsi şərtilə ona qarşı sanksiyaların ləğvini nəzərdən keçirməyə hazırdırlar.
Liderlər həmçinin Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ABŞ, İran və Atom Enerjisi üzrə Beynəlxalq Enerjik (AEBA) ilə əməkdaşlıq etməyə söz veriblər.
Qeyd edək ki, ABŞ və İran arasında uzun müddətdir davam edən danışıqlardan sonra razılaşma əldə olunub. Yekun saziş iyunun 19-da İsveçrədə imzalanacaq.
Bizim.Media

































































































