İran və ABŞ arasında tarixi addım: Qalibaf və Vens bu gün virtual memorandum imzalayacaqlar

İran və ABŞ arasında tarixi addım: Qalibaf və Vens bu gün virtual memorandum imzalayacaqlar

Hazırda oxunan: İran və ABŞ arasında tarixi addım: Qalibaf və Vens bu gün virtual memorandum imzalayacaqlar

619227

ABŞ və İran arasında regional gərginliyin azaldılması, atəşkəsin uzadılması və Hörmüz boğazının açılmasını nəzərdə tutan genişmiqyaslı sülh razılaşmasının rəsmiləşdirilməsi prosesində ən kritik mərhələyə gəlinib.

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens (JD Vance) bu gün rəsmi sənədi imzalamaq üçün bir araya gələcəklər.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin "i24" telekanalı məlumat yayıb.

Məlumata görə, tərəflər arasında iki ölkənin münasibətlərində yeni dövrün başlanğıcı hesab olunan Anlaşma Memorandumunun imzalanma mərasimi bu gün onlayn (virtual) formatda baş tutacaq.
 

Xatırladaq ki, Qətər nümayəndə heyətinin bu səhər Tehrana etdiyi səfər çərçivəsində tərəflər sənədin son detallarını tamamilə yekunlaşdırıblar. Bu tarixi saziş regionda 60 günlük atəşkəsin qüvvədə qalmasını, Hörmüz boğazından dəniz nəqliyyatının rüsumsuz bərpasını və ABŞ-ın İran limanlarından dəniz blokadasını götürməsini təmin edəcək.


Buna baxmayaraq, İsrail rəhbərliyi Vaşinqton və Tehran arasında əldə olunan bu razılaşmaya kəskin etiraz etməkdə davam edir və bunu öz milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO