Çeçenistan lideri Ramzan Kadırov zarafatla qeyd edib ki, Qərb sanksiyalarının tətbiq olunmaması üçün pişiyini ictimaiyyətə göstərməkdən qorxur. Çünki hətta heyvanlar da artıq bu məhdudiyyətlərə məruz qalır.
Bizim.Media bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.
"Mən hətta öz pişiyimi göstərməyə də qorxuram, birdən sonra ona qarşı da sanksiya tətbiq edərlər", - deyə Çeçenistan rəhbəri zarafat edib.
Jurnalistlərin sualını cavablandıran Kadırov Rusiyanın hazırkı düşmənini "nə Uca Rəbbi, nə də Allahı tanıyan — dünyanı məhv etməyə çalışan Allahsız bütpərəstlər" qüvvəsi adlandırıb.
"Rusiyanın düşməni nasizmdir, neonasistlərdir, hansı ki, biz onları hazırda məhv edirik və bundan sonra da məhv edəcəyik", - deyə Kadırov vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:44 / 12.06.2026
Kadırov pişiyindən DANIŞDI: “Qorxuram ona da sanksiya tətbiq edələr”
Hazırda oxunan: Kadırov pişiyindən DANIŞDI: “Qorxuram ona da sanksiya tətbiq edələr”
Hazırda oxunan: Kadırov pişiyindən DANIŞDI: “Qorxuram ona da sanksiya tətbiq edələr”
618998
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































