Vurulan gəmidəki dənizçilər belə təxliyə edildi – VİDEO

Vurulan gəmidəki dənizçilər belə təxliyə edildi – VİDEO

Hazırda oxunan: Vurulan gəmidəki dənizçilər belə təxliyə edildi – VİDEO

618142

Omanın Masirə adası yaxınlığında ABŞ hərbi qüvvələrinin raket zərbəsi ilə hərəkətdən saxladığı "MT Marivex" neft tankerinin hindistanlı heyət üzvləri uğurla təxliyə olunublar.

Bizim.Media xəbər verir ki, Hindistan Sahil Mühafizəsi və rəsmi Dehlinin verdiyi məlumata görə, gəmidə olan 24 heyət üzvünün hamısı Oman hakimiyyət orqanlarının köməkliyi (helikopterlər və yaxınlıqdakı gəmilər) ilə xilas edilib.

Hazırda dənizçilər Masirə adasında təhlükəsiz şəraitdədirlər və hadisə nəticəsində xəsarət alan olmayıb. Boş olan (yüksüz) tanker isə lövbər salınmış vəziyyətdə Masirə sahillərində qalmaqdadır.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) insidentlə bağlı rəsmi bəyanat yayaraq gəmiyə zərbə endirildiyini təsdiqləyib:

"USS Abraham Lincoln" aviadaşıyıcısından havaya qalxan "F-18" qırıcı təyyarəsi tərəfindən "MT Marivex" tankerinə dəqiq idarəolunan raket zərbəsi endirilib. CENTCOM bildirib ki, gəmi ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadasını pozaraq İran tərəfə doğru hərəkət etməyə cəhd göstərib və ABŞ hərbi gəmilərinin xəbərdarlıqlarına tabe olmayıb.
 

ABŞ Maliyyə Nazirliyinin (OFAC) qara siyahısında olan və Palau bayrağı altında üzən bu tanker son bir neçə gündə blokadanı yarmaq üçün artıq dördüncü cəhdini edirmiş. Əvvəlki üç cəhddə ABŞ hərbi gəmilərinin xəbərdarlığından sonra geri dönsə də, iyunun 8-də gəmi radar və siqnallarını söndürərək Omanın ərazi sularından istifadə etməklə gizlicə İrana keçməyə çalışıb.


Raket zərbəsi tankerin maşın bölməsinə dəyib və göyərtədə güclü yanğın başlayıb. Gəmi sahiblərinin gəmini Madaqaskar bayrağı altında qeydiyyatda olan mülki gəmi kimi qələmə vermək cəhdlərinə baxmayaraq, ABŞ ordusu onun sanksiyalı gəmi olduğunu qəti şəkildə müəyyən edərək hərəkətdən salıb.

Hindistan rəsmiləri dənizçilərin iki gün ərzində vətənə qaytarılacağını, lakin gəminin Hindistana məxsus olmadığını və ABŞ-ın hərbi müdaxiləsi ilə bağlı hələlik rəsmi Vaşinqtona hər hansı etiraz notası verilmədiyini bildiriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO