“Ölkəmizdə və regionda sabitliyin təmin olunması üçün hərbi gücün nümayiş etdirilməsi vacibdir”.
Bizim.Media xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik komitəsinin nümayəndəsi İbrahim Rezai "X" hesabında bildirib.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri əvvəlki qarşıdurmalarla müqayisədə daha güclü və cavab tədbirləri görməyə daha yaxşı hazır vəziyyətdədir.
“Sülhə və sabitliyə aparan yol müharibədən keçir”, – deyə Rezai vurğulayıb.
İranlı siyasətçi qeyd edib ki, Tehran rəqibləri öz hesablamalarını dəyişməyənə qədər susmayacaq.
“İran ordusu əvvəlki toqquşmalardan sonra öz imkanlarını gücləndirib və zəif tərəflərini aradan qaldırıb”, – deyə o yazıb.
Xatırladaq ki, İran dünən gecə saatlarında Livana hücumlara cavab olaraq İsrailə ballistik raketlərlə hücum edib. İsrail isə bu hücuma cavab olaraq İranın bir sıra şəhərlərinə hava zərbələri endirib.

Bizim.Media








































































































