Zelenski məktubla Putinə müraciət etdi və danışıqlara başlamağı təklif etdi.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinə açıq məktub dərc edərək, birbaşa danışıqlara başlamağı təklif edib.
Bizim.Media RİA Novosti-yə istinadla xəbər verir ki, məktub respublika rəhbərinin rəsmi saytında yerləşdirilib.
"Ukrayna bu müharibəni bitirməyi təklif edir. Bunu dürüst, ləyaqətlə etmək və müharibənin yenidən alovlanmayacağına zəmanət vermək lazımdır", — deyə məktubda bildirilir.
Zelenski məktubda Putinə tarix təyin etməyi və şəxsi görüş keçirməyi təklif edib. Müraciətdən məlum olur ki, Ukrayna tərəfi danışıqlar müddətində atəşi tamamilə dayandırmağa hazırdır.
"Real səssizlik (atəşkəs) bərqərar etmək cəhdi bir-birimizlə danışmağa başlamaq üçün ən yaxşı startdır. Biz hesab edirik ki, əgər siz bunu istəsəniz, bu, sadəcə bir cəhd deyil, real atəşkəs olacaq", - deyə Zelenski yazıb.
İyunun 4-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə keçirdiyi görüşündə Putin bildirib ki, Moskva Ankoricdə əldə edilən razılaşmalara əsasən Ukraynadakı vəziyyəti sülh yolu ilə həll etməyə hazırdır və bunu etmək istəyir. Dövlət başçısı qeyd edib ki, Rusiya Alyaskada müzakirə edilən kompromislərə hazırdır.
Bizim.Media









































































































