SEPAH: İsrail Livandan çıxmayana qədər SÜLH OLMAYACAQ

SEPAH: İsrail Livandan çıxmayana qədər SÜLH OLMAYACAQ

Hazırda oxunan: SEPAH: İsrail Livandan çıxmayana qədər SÜLH OLMAYACAQ

617296

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail Ordusunun Livandan çıxarılmayana qədər regionda sülh olmayacağını iddia edib.

Bizim.Media xəbər verir ki, bu barədə bəyanat SEPAH-ın "Telegram" kanalında yayılıb.

"Bu torpaq hələ də İsrailin hücumuna məruz qalır. Beynəlxalq təşkilatların, dünya ölkələrinin etirazları Təl-Əvivin davranışına təsir etməyib, ABŞ-nin sülh yaratmaq bəhanəsi ilə müdaxiləsi isə yalnız cinayətləri artırır", - SEPAH-dan bildirilib.

Qeyd olunub ki, regional müharibədə sülhün razılaşdırılması üçün İranın ilk şərti Livan da daxil olmaqla, bütün cəbhələrdə atəşkəsin təmin edilməsidir:

"İsrail dərhal Livana hücumları dayandırmalı, qoşunlarını sürətlə çıxarmalı və Livanın ərazi bütövlüyünü tanımalıdır".

Qeyd edək ki, iyulun 2-si və 3-də İsrail və Livan nümayəndə heyətləri ABŞ-dəki danışıqların nəticələrinə əsasən, atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsinə dair  gəlib. "Hizbullah" isə ABŞ-nin də dəstəklədiyi Livan-İsrail atəşkəs sazişini rədd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO