Rubio Zəngəzur dəhlizinin əhəmiyyətindən danışdı: Regionun yeni iqtisadi drayverinə çevriləcək

Rubio Zəngəzur dəhlizinin əhəmiyyətindən danışdı: Regionun yeni iqtisadi drayverinə çevriləcək

Hazırda oxunan: Rubio Zəngəzur dəhlizinin əhəmiyyətindən danışdı: Regionun yeni iqtisadi drayverinə çevriləcək

617116

ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib ki, Ermənistanla imzalanan yeni memorandum Bakı və İrəvan arasında iqtisadi əməkdaşlığın inkişafına güclü təkan verəcək.

Bizim.Media xəbər verir ki, sənəd rəsmi Vaşinqtonun gələcək "çiçəklənmə marşrutu" adlandırdığı regional layihənin əsasını qoyur.

Dövlət katibinin sözlərinə görə, bu təşəbbüs Zəngəzur dəhlizi (TRIPP layihəsi) boyunca hər iki ölkə üçün tamamilə yeni nəqliyyat və iqtisadi imkanlar yaradacaq. ABŞ rəsmisi vurğulayıb ki, tərəfdaşlıq platforması regionda dayanıqlı sülhün və iqtisadi inteqrasiyanın formalaşmasında mühüm rol oynayacaq.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Strateji Əməkdaşlıq haqqında Nizamnamə imzalayıblar.

Bundan əlavə, tərəflər arasında TRIPP layihəsi çərçivəsində strateji tərəfdaşlığa dair çərçivə sazişi, həmçinin iki ölkə arasında mineralların və nadir faydalı qazıntıların tədarükünün təmin edilməsinə dair çərçivə planı imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO