Tramp Türkiyəyə səfər edəcək

Tramp Türkiyəyə səfər edəcək

Hazırda oxunan: Tramp Türkiyəyə səfər edəcək

617057

Prezident Donald Tramp gələn ay Türkiyədə keçiriləcək NATO üzvü olan ölkələrin dövlət başçılarının görüşündə iştirak edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin iclasında məlumat verib.

"Prezident bu tədbirdə şəxsən iştirak edəcək", - deyə Rubio bildirib.
 

"Hesab edirəm ki, iyulda Türkiyədə keçiriləcək növbəti NATO görüşü, yəqin ki, alyansın tarixində ən mühüm görüş olacaq, çünki aydınlaşdırılması və düzəldilməsi lazım olan bir sıra məsələlər var", - deyə Rubio vurğulayıb.


Qeyd edək ki, Tramp uzun müddətdir NATO-nu tənqid edir, lakin İrandakı müharibədən sonra onun ritorikası daha da sərtləşib. Aprel ayında o, alyansı "kağız pələng" adlandırıb və NATO-ya üzv dövlətlərinin Hörmüz boğazını açmaq üçün hərbi yardım çağırışını qulaqardına vurmasından sonra ABŞ-nin blokdan çıxmağı düşünə biləcəyinə işarə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO