Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Sankt-Peterburqun Kronştadt, həmçinin Kirov və Krasnoselsk rayonlarındakı infrastruktur obyektlərinə hücum edib.
Bizim.Media xəbər verir ki, qubernator Aleksandr Beqlovun verdiyi məlumata görə, hücum nəticəsində bir neçə nəfər xəsarət alıb, bir sıra obyektlərə ziyan dəyib.
Leninqrad vilayəti səmasında Ukraynaya məxsus 50 dronun vurulduğu bildirilir.
Sankt-Peterburqda PUA hücumu nəticəsində Rusiyanın şimal-qərbindəki ən böyük neft nəqli komplekslərindən biri olan "Peterburq Neft Terminalı"nda yanğın başlayıb.
Hücum xarici iş adamları və nümayəndə heyətlərinin qatılmalı olduğu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (PİEF) açılış günündə baş verib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:49 / 03.06.2026
Ukraynadan Rusiyaya daha bir "sürpriz" – VİDEO
Hazırda oxunan: Ukraynadan Rusiyaya daha bir "sürpriz" – VİDEO
Hazırda oxunan: Ukraynadan Rusiyaya daha bir "sürpriz" – VİDEO
616886
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































