Fidan: Tramp NATO-nun Ankara sammitində iştirak etməyi planlaşdırır

Fidan: Tramp NATO-nun Ankara sammitində iştirak etməyi planlaşdırır

Hazırda oxunan: Fidan: Tramp NATO-nun Ankara sammitində iştirak etməyi planlaşdırır

616788

ABŞ prezidenti Donald Tramp NATO-nun 7–8 iyul tarixlərində Ankarada keçiriləcək sammitində iştirak etməyi planlaşdırır. 

Bizim.Media xəbər verir ki, Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Sinqapura səfəri zamanı "Bloomberg TV"yə verdiyi müsahibədə bildirib.

Fidanın sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son bir ay ərzində Donald Trampla bir neçə dəfə telefonla danışıb və Amerika lideri hər dəfə sammitə gəlmək niyyətini təsdiqləyib. Türkiyə tərəfi onun mümkün səfərinə hazırlıq işlərini davam etdirir.

Nazir vurğulayıb ki, sərt siyasi ritorikaya baxmayaraq, ABŞ NATO-ya sadiqliyini qoruyub saxlayır və alyansdan çıxmağa hazırlıq barədə heç bir əlamət yoxdur.

Onun sözlərinə görə, Vaşinqton müttəfiqlərindən müdafiə xərclərini artırmağı tələb etməyə davam edir, Avropa ölkələri isə artıq bu istiqamətdə addımlar atmağa başlayıblar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO