Tramp İranla danışıqların sürətlə davam etdiyini PAYLAŞDI

Tramp İranla danışıqların sürətlə davam etdiyini PAYLAŞDI

Hazırda oxunan: Tramp İranla danışıqların sürətlə davam etdiyini PAYLAŞDI

616644

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların davam etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" media hesabında paylaşım edib.

"İran İslam Respublikası ilə danışıqlar sürətli templə davam edir", - deyə o yazıb.
 

Qeyd edək ki, iyunun 1-də İranın "Tasnim" agentliyi məlumat yaymışdı ki, İsrail Livandakı hərbi əməliyyatları dayandırmayana və ordusunu bu ölkənin ərazisindən çıxarmayana qədər İran ABŞ ilə danışıqları bərpa etməyəcək.


Məlumata görə, İran İsraildən Qəzza zolağında və Livanda hərbi əməliyyatları tamamilə dayandırmağı, həmçinin qoşunlarını dərhal Livan ərazisindən çıxarılmasını tələb edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO