Tramp İrana qarşı müharibəni deyil, BLOKADANI seçdi

Tramp İrana qarşı müharibəni deyil, BLOKADANI seçdi

Hazırda oxunan: Tramp İrana qarşı müharibəni deyil, BLOKADANI seçdi

616616

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların mümkün dayandırılmasında heç bir problem görmədiyini və mövcud blokadanı lazım olduğu qədər saxlamağa hazır olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə "NBC News" telekanalının jurnalisti Qarret Heyk "X" sosial şəbəkəsində yazıb.
 

"Prezident Tramp mənə bildirdi ki, İranın ABŞ ilə danışıqları dayandırması barədə xəbərləri eşitməyib, lakin bu doğrudursa, bu, onun üçün problem deyil", — deyə jurnalist qeyd edib.


Trampın sözlərinə görə, bu, hərbi əməliyyatların bərpası anlamına gəlmir.

“Biz sadəcə səssiz qalacağıq. Blokadanı saxlayacağıq. Blokada poladdan bir divardır", — deyə Heyk ABŞ liderinin sözlərindən sitat gətirib.
 

Tehranın qərarını gözləməyə hazır olub-olmaması ilə bağlı suala cavabında Tramp: "Onlar nə qədər istəsələr, mən də o qədər gözləyə bilərəm" deyib.


Ağ Evin rəhbəri hesab edir ki, "onlar böyük bir sərvət itirirlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO