ABŞ lideri Donald Trampın sözlərinə görə, o, hazırlıq mərhələsində olan memorandumla bağlı Yaxın Şərqin bir neçə ölkə rəhbəri ilə məhsuldar danışıqlar aparıb. İndi tərəflərə yalnız sülh planının bütün bəndlərini tam rəsmiləşdirmək qalıb, bundan sonra sənəd ictimaiyyətə elan olunacaq.
Bizim.Media xəbər verir ki, "Axios" nəşrinin iddiasına görə, hazırlanan sənəddə bu bəndlər yer alır:
Atəşkəsin uzadılması: Mövcud atəşkəs rejiminin daha 60 gün müddətinə uzadılması nəzərdə tutulur.
Sanksiyaların yumşaldılması: ABŞ İran limanlarının blokadasını qaldıra və bu ölkəyə qarşı tətbiq edilən sanksiyaları qismən yumşalda bilər.
Hərbi mövcudluq: Tammiqyaslı yekun saziş imzalanana qədər ABŞ-ın İran ətrafındakı hərbi mövcudluğu qorunub saxlanılacaq.
Nüvə öhdəlikləri: Tehranın nüvə silahı əldə etmək iddiasından imtina etməsi və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması ilə bağlı danışıqların aparılması tələb olunur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:14 / 24.05.2026
Tramp: "İran və ABŞ arasında demək olar ki, razılıq əldə olunub"
Hazırda oxunan: Tramp: "İran və ABŞ arasında demək olar ki, razılıq əldə olunub"
Hazırda oxunan: Tramp: "İran və ABŞ arasında demək olar ki, razılıq əldə olunub"
615075
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































