Arıların yox olması təbiəti dəyişəcək – Xəbərdarlıq siqnalı

Arıların yox olması təbiəti dəyişəcək – Xəbərdarlıq siqnalı

Hazırda oxunan: Arıların yox olması təbiəti dəyişəcək – Xəbərdarlıq siqnalı

614694

Həm ev, həm də vəhşi arı populyasiyasının azalmasının ekosistemə olan fəsadları dörd mərhələli kaskad şəklində inkişaf edir.

Bizim.Media xəbər verir ki, bu barədə “gazeta.ru”ya Sankt-Peterburq Dövlət Baytarlıq Təbabəti Universitetinin (SPbGUVM) Biologiya, ekologiya və histologiya kafedrasının dosenti, bioloq Pavel Amosov məlumat verib.

“İlk növbədə entomofil (həşəratlar vasitəsilə tozlanan) bitkilərin sayı azalır. Bunun ardınca, həmin bitkilərin meyvə və toxumları ilə qidalanan fitofaqların - quşlardan tutmuş iri məməlilərə qədər ot yeyən heyvanların sayı aşağı düşür. Daha sonra isə bütün trofik zəncir - orqanizmlərin qidalanma zənciri pozulur. “Nature Communications” jurnalında dərc olunan modelləşdirmə göstərir ki, tozlandırıcıların tamamilə yox olması on il ərzində biomüxtəlifliyi 15–20% azalda bilər”, — deyə Amosov bildirib.

Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO