ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların artıq bu cümə günü və ya sonrakı günlərdə İrana qarşı yeni bir hücuma başlaya biləcəyini istisna etməyib.
Bizim.Media xəbər verir ki, ABŞ liderinin açıqlaması "C-Span" portalında dərc olunub.
"Təxminən iki-üç gündən sonra. Bəlkə cümə, şənbə, bazar günü... Bəlkə də gələn həftənin əvvəlində...", — deyə Tramp bildirib.
Onun sözlərinə görə, Vaşinqton Tehrana nüvə silahı əldə etməyə icazə verə bilməz.
"The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib ki, Birləşmiş Ştatlar və İsrail Yaxın Şərqdə atəşkəs elan edildikdən bəri ən intensiv hərbi hazırlıqları həyata keçirirlər.
Mənbələrin bildirdiyinə görə, dövlətlər artıq bu həftə İrana qarşı hücumları bərpa etməyə hazırlaşırlar.
Bizim.Media
































































































