İlon Maskın keçmiş sevgilisi sensasion SİRLƏRİ AÇDI

İlon Maskın keçmiş sevgilisi sensasion SİRLƏRİ AÇDI

Hazırda oxunan: İlon Maskın keçmiş sevgilisi sensasion SİRLƏRİ AÇDI

614158

İlon Maskın keçmiş sevgilisi, mühafizəkar bloger Eşli Sent-Kler milyarderlə olan romanı barədə ilk dəfə ətraflı danışıb və müştərək uşaqlarının dünyaya gəlməsindən sonra dünyanın ən varlı adamının davranışının kəskin şəkildə dəyişdiyini etiraf edib.

Bizim.Media xəbər verir ki, ortaq oğullarının doğulmasından bir ildən çox vaxt keçdikdən sonra Eşli münasibətlərinin detallarını "TikTok" videosunda bölüşüb.

Blogerin sözlərinə görə, o, Maskla 2023-cü ildə tanış olub. Övlad sahibi olmaq ideyası isə onun yenidən ana olmaq istəyi və maliyyə sabitliyi qazanmaq arzusu fonunda yaranıb. Eşli etiraf edib ki, həmin vaxt artıq ənənəvi ailə həyatına inanmırmış:
 

"Mən MAGA (Donald Trampın tərəfdarları) hərəkatının bir hissəsi idim, artıq tək ana idim və düşünürdüm ki, ağ gəlinlik, toy və ideal ailə hekayəsi mənim üçün bitib. Lakin hər zaman daha çox uşağımın olmasını istəyirdim".


Əvvəlki münasibətindən bir oğlu olan bloger qeyd edib ki, onun ən böyük qorxusu analıq deyil, maliyyə qeyri-müəyyənliyi olub. "Ağır işləmək və növbəti ay uşaqların xərclərini ödəyə bilib-bilməyəcəyin barədə daimi narahatlıq keçirmək çətindir", — deyə Eşli bildirib. Məhz buna görə də Maskın təklifi ona cazibədar görünüb:

"İlon mənə “Sən uşaq dünyaya gətirməlisən. Mənim yeganə məhdud resursum zamandır” dedikdə, əlbəttə ki, bu məni cəlb etdi. Beləcə, mən ana ola və bütün bu iqtisadi çətinliklər barədə narahat olmaya bilərdim".

"Hamilə qalan kimi hər şey dəyişdi"

Eşlinin sözlərinə görə, hamiləlik barədə danışıq onların Sen-Bartelemi adasına səfəri zamanı baş tutub. Lakin o, məhz bu hadisədən sonra münasibətlərin sürətlə pisləşdiyini iddia edir:

"Hamilə qalan kimi hər şey çox qəribələşdi. Heç kim mənə inanmayacaq, amma and içirəm ki, buna qədər o, daha normal idi. Adi söhbətlərimiz, normal ünsiyyətimiz var idi. Bəli, insanlar güləcək, amma şəxsi həyatda o, çox məzəli biri idi".

Bloger emosional şəkildə əlavə edib ki, daha sonra Mask kəskin şəkildə dəyişərək "lənətə gəlmiş bir qəribəyə" çevrilib.

Eşli həmçinin etiraf edib ki, başlanğıcda Maskın çoxsaylı uşaqlarının anaları ilə olan mürəkkəb münasibətlər sistemindən ehtiyat edib.

Qeyd edək ki, milyarderin keçmiş həyat yoldaşı Castin Uilsondan 6, müğənni Qraymsdan 3 və "Neuralink"in top-meneceri Şivon Zilisdən 4 uşağı var.

Eşlinin sözlərinə görə, Mask onu uşaqların tərbiyəsi ilə bağlı digər analarla heç bir probleminin olmadığına inandırsa da, zaman keçdikcə bloger "hər an diqqətli olmaq" və "özünü daima qorumaq" ehtiyacı hiss etdiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO